Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub - RƏSMİ
22:30 / 11.06.2020
2533
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Sfera.az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.
Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.
Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.