Azərbaycanda koronavirusa görə bu kəndlərə giriş-çıxış BAĞLANDI, XÜSUSİ POSTLAR... - VİDEO

Azərbaycanda koronavirusa görə bu kəndlərə giriş-çıxış BAĞLANDI, XÜSUSİ POSTLAR... - VİDEO
 Lənkəranda xüsusi karantin rejimi zamanı tətbiq edilən qadağaların yüngülləşdirilməsi sakinlərin uzun müddətli intizarına son qoyub.

Sfera.az report-a istinadən xəbər verir ki, iki ay müddətində yalnız zəruri hallarda evdən çıxmasına icazə verilən insanlar tədricən normal həyat ritminə qayıdır.

Hər kəs öz işinin başına dönür. Uzun müddətdir ev şəraitində qaldıqdan sonra yaşı 65-dən çox olan insanlar da dincəlmək üçün park və istirahət guşələrinə üz tutur.

Azyaşlı uşaqlar isə hamıdan çox sevinir, onlar heç nə olmamış kimi öz əyləncələrinə davam edir.

Restoranlarda müştərilərin yerində qəbulu üçün işçilər təlimatlandırılıb. İctimai iaşə məkanları sosial izolyasiya qaydaları, bütün gigiyenik qaydaların gözlənilməsi üçün zəruri tədbirlər görür, dezinfeksiya işləri aparılır. Çay evlərində isə müştərilər əsasən açıq havada oturmağa üstünlük verirlər.

Lənkəranın 6 kəndində - Separadi, Vilvan, Şağlaser, Sütəmurdov, Şilavar və Boladi kəndlərində son günlər koronavirusa yoluxma halları müşahidə olunduğundan bu kəndlərin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb. Təlimata uyğun olaraq yoxlamalar aparılır.


OXŞAR XƏBƏRLƏR

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...