Azərbaycanda koronavirus necə yayılır? - GƏNCƏDƏN BAKIYA GƏLƏN ŞÜBHƏLİ - FAKT

Azərbaycanda koronavirus necə yayılır? - GƏNCƏDƏN BAKIYA GƏLƏN ŞÜBHƏLİ - FAKT
Gəncədə yaşayan ailənin kişi üzvündə koronavirus aşkarlanıb. Kişi qızdırma və halsızlıq simptomlarını hiss edəndən 2 gün sonra təcili yardıma xəbər edib. Gəncə şəhər Təcili Tibbi Yardımı xəstədən koronavirus testi götürüb .

 
Xəstənin vəziyyəti ağır qiymətləndirilib və o, Bakıya virusa yoluxanların müalicəsinin aparıldığı xəstəxanalarından birinə təcili yardımla gətirilib. Ancaq kişi xəstəxanaya qaldırılan zaman evdə onunla birgə yaşayan, sıx təmasda olan və halsızlıq hiss edən həyat yoldaşı Bakıya gətirilməyib.

Bu məlumatı Medicina.az-ın canlı çat bölməsinə həmin xanım yazıb və vəziyyətinin yaxşı olmadığını bildirib.

"Həkimə sualın var” rubrikasına yazan qadın bu gün kəskin diareya, qarın, mədə ağrısı, halsızlıq, sümüklərin ağrıması və 37 dərəcə qızdırmadan şikayətlənib.

O bildirib ki, hazırda Bakıda tək qalır və Gəncədən paytaxta yol maşını ilə gəlib.

"Yoldaşımı aparanda nə qədər dedim ki, məni də götürün, yoxlayın, aparın eyni xəstəxanaya, götürmədilər. Dedilər qızdırman yüksək olanda baxarıq. Burnuma bir çöp salıb getdilər, dedilər 3 günə "sms" gələcək. Normal yoxlamadılar. 3 gün keçib, testin cavabı yoxdur.

Amma yoluxmamaq mümkün deyildi. Çünki yoldaşımla sıx təmasda idik, ona dərman vermişəm, kürəyini ovxalamışam. Səhəri gün dözməyib Gəncədən Bakıya özüm gəldim ki, yenə də burda təcili yardım tez gələr, test edərlər və məni də yoldaşımla bir xəstəxanaya yerləşdirərlər. Gəldiyim gündən də halım yaxşı deyil, ishal, qızdırma...”

Maraqlı məqamlardan biri də odur ki, qadın Bakıya gələrkən yolda heç bir yoxlamadan keçməyib və ya keçibsə də postlarda nədənsə saxlanılmayıb.

İndi tək olduğunu desə də, koronavirusa yoluxma ehtimalı yüksək olan bu xanım yol maşınında sürücünü, eləcə də Bakıda ünsiyyətdə olduğu şəxsləri yoluxdura bilərdi və bəlkə də yoluxdurub.

Gəncədən Bakıya təkbaşına koronavirusa yoluxan ərinin ardıyca gələn, yoluxduruculuq ehtimalı yüksək olan qadına görə kim məsuliyyət daşıyır? Niyə vaxtında onu əri ilə birgə karantinə və ya xəstəxanaya götürməyiblər?

Yoluxma şübhəsi olan birinin qırmızı zonadan digər qırmızı zonaya asanlıqla keçməsi və burda hələ də təcili yardımın xidmətindən istifadə etməməsi kimin günahıdır? Baş verənlər hansı karantin şərtlərinə uyğundur? Bütün bu suallar isə açıq qalır.

Saytımıza müraciət edən xanımın yazışmalarını təqdim edirik:









 
Medicina.az

OXŞAR XƏBƏRLƏR