No Image
No Image

Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ

Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ
"Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq".

Sfera.az bildirir ki, bunu qaynarinfo-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:

"Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq". 

İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür: 

 

"Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir".

OXŞAR XƏBƏRLƏR

"Vızıltı eşitdinsə, demək ölmüsən" - Fransadan döyüşmək üçün Qarabağa gələn erməni

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün döyüş xatirələrini "Yerevan Today"na kanalına danışıb. Sfera.az xəbər verir ki, Nemət Məti...

Bu uşaqlarla bağlı reabilitasiya sistemi təkmilləşdiriləcək

Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün ...

Xoşqədəm koronavirusdan ölən vəkili haqda yazdı - FOTO

Mərhum vəkil Tahir Əlirzayevin xəstəxanadan fotosu yayılıb.  Sfera.az xəbər verir ki, fotonu teleaparıcı Xoşqədəm Baxşəliyeva sosial şəbəkə hesabı...

Hikmət Hacıyev Ağdamda muğam dinlərkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər...

Füzulidə “Toyota” 2 ədəd tank əleyhinə minaya düşüb – FOTOLAR

2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan tə...

“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf

PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb. Sfera.az xəbər verir ki, "Anadolu Agentliyi"nin...