Azərbaycanda komendant saatının tətbiqinə hazırlıq gedir? – DEPUTATDAN AÇIQLAMA

Azərbaycanda komendant saatının tətbiqinə hazırlıq gedir? – DEPUTATDAN AÇIQLAMA

"Hər şey insanların davranışından və Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinə necə əməl etmələrindən asılı olacaq”.

 

 

Sfera.az-a açıqlamasında bu sözləri koronavirus təhlükəsi fonunda sosial şəbəkələrdə Azərbaycanda komendant saatının tətbiqi vacibliyinin gündəmə gətirilməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.


Deputatın sözlərinə görə, bu istiqamətdə Azərbaycan dövləti şəraitə adekvat şəkildə addımlar atır: "Azərbaycan dövləti ümumbəşəri bəlaya çevrilmiş bu virusa qarşı mübarizədə ardıcıl, sistemli və önləyici addımlar atır. Dövlətimizin həyata keçirdiyi tədbirlər şəraitə adekvat şəkildə olur. Fikir verirsinizsə, atılan addımlar getdikcə sətrləşir.Yaranmış vəziyyətdə sosial şəbəkələrdə müzakirə olunan komendant rejiminin tətbiqi məsələsi yəqin ki, pandemiyaya qarşı mübarizə prosesində məsuliyyət məsələsinə bəzi insanların yanlış düşüncə ilə yanaşması reallığından qaynaqlanır. "Evdə qal” tələbinə əməl edənlərin sayı nə qədər çox olsa da, yenə də onu pozanlar olur”.


E. Nəsirov bildirdi ki, komendant rejimi Fövqəladə Vəziyyət Haqqında Qanunda öz əksini tapıb: "Fövqəladə vəziyyət tətbiq edilərkən məhz onun ən mühüm komponentlərindən biri də komendant saatının tətbiqi məsələsidir. Ona görə də hesab edirəm ki, müəyyən insanların məsuliyyətsizliyi, bu qədər tələb və karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq yenə də məsuliyyətsiz yanaşmalar davam edərsə, proseslər komendant rejiminin tətbiqinə doğru gedə bilər. Novruz Bayramı ilə bağlı xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, məsuliyyətsiz hərəkətlər davam edəcəyi təqdirdə, təhlükəsizliyin təmini üçün fövqəladə vəziyyətin tətbiqi də istisna olmaya bilər. Hər şey insanların davranışı və Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinə necə əməl etmələrindən asılıdır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...