Azərbaycanda kombi istehsalı zavodu fəaliyyətə başladı

Azərbaycanda kombi istehsalı zavodu fəaliyyətə başladı
 
Çin investisiyası əsasındaAbşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
 
 
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) " APA-Economics”ə verilən məlumata görə, "Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
 
Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu, zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.
 
Zavodun məhsulları daxili təlabatın ödənilməsinə yönəldilməklə yanaşı, gələcəkdə "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.
 
Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı "Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...