Azərbaycanda komando hərbi hissəsi yaradıldı - FOTO/VİDEO

Azərbaycanda komando hərbi hissəsi yaradıldı - FOTO/VİDEO
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra Türkiyədə uzun müddətli "Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.

Mərasimdə çıxış edən müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.


OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...