Azərbaycanda kişilər son 29 ilin rekordunu vurdular

Azərbaycanda kişilər son 29 ilin rekordunu vurdular

Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artıb.

Sfera.az xəbər verir ki, son 29 il ərzində (1989-2018) ilk dəfə olaraq, ötən il rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi qeydə alınıb. 

Belə ki, keçən il nikaha daxil olan kişilərin orta yaşı 29 olub.

Ümumilikdə götürdükdə, ölkədə nikaha daxil olan kişilər arasında 2002-2003 və 2014-2018-ci illərdə də orta nikah yaşı çox olub.

Ölkədə 2002, 2003, 2014, 2015, 2016-cı illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb. 2017-ci ildə evlənən kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.

2018-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da orta nikah yaşı artıb. Ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990 və 2018-ci illərdə qeydə alınıb.

1990-cı ildə nikaha daxil olan qadınların orta yaşı 24,3 olub ki, bu göstərici son 28 ildə ilk dəfə olaraq, 2018-ci ildə yenilənib. Belə ki, 2018-ci ildə də qadınların orta nikah yaşı 24,3-ə yüksəlib./trend

 


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...