Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama

Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama
 

"Toylarda mövcud israfçılığın aradan qaldırılması mənasız yaşam tərzimizə məna gətirə bilər. Ona görə də toy məclislərinin dəbdəbəli olması kimi vəhşi adətləri, yanlışlıqları davam etdirməliyik”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında Özbəkistanda ifrat toy məclislərinin keçirilməsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə və bununla bağlı qoyulan qadağalar fonunda Azərbaycanda da anoloji addımların tətbiqinin mümkünlüyünə toxunarkən, məsələyə ironik şəkildə yanaşan deputat Fazil Mustafa deyib:

  

"Düşünürəm ki, Özbəkistanda toy məclisləri ilə bağlı tətbiq olunacaq yeni qaydaların ölkəmizdə reallaşması zərərlidir. Biz vəhşi toy adətlərini davam etdirməliyik. Bütün məsrəfləri bu işə yönəltməliyik. Elə etməliyik ki, toy məclislərinin dəbədəbəli olması ömrünü hələ uzatsın. Əksinə, yas məclislərinə də çal-çağır və s. bu kimi dəbdəbəni tətbiq etməliyik ki, bunlar Azərbaycana məxsus bir adət-ənənə olsun”.

 

Deputat bildirib ki, toy və yas mərasimlərindəki dəbdəbənin aradan qaldırılmasına mərasim mafiyası maneə olur: "Hətta israfçılığın aradan qaldırılması ilə bağlı məsələ qaldırsan da, toy və yas mafiyası onun reallaşmasına əngəl olur. Amma əhalinin özü də məsələyə sağlam yanaşmır. Əhalinin böyük əksəriyyəti belə dəbdəbənin tərəfdarıdır. Dəbdəbəli toy adətlərimizin dəyişməsinə daha çox qadınlarımız müqavimət göstərir. Kişilər də onların sözü ilə oturub durur ki, bu da prosesi tormozlayır. Odur ki, ailələr də normal qurulmur, borca, xərcə düşürlər. Nəticədə proses elə bu minvalla da davam edir”.

 

 

Elçin

Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Yerlibazlıq edib, sənə imkan yaratdıq” – Oqtay Əsədovdan Sahil Babayevə

  "Hamı böyük səbrlə sizə qulaq asdı. Sən bizim içimizdən çıxmısan, bir az yerlibazlıq edib, həm deputatlar, həm də mən imkan yaratdıq ki, bütün hesabatı ...

İstefa verən icra başçısının səs yazısı yayıldı: “Bu çoxdan lazım idi” - AUDİO

  Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib.  Sfera.az xəbər verir ki, bu barədə yenisabah.az-a Şəmsəddin Xanbabayev bild...

“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru

Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib. Sfera.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keç...

Azərbaycanda qız uşaqlarına görə 10 min manat? – Ekspert etiraz edir

"İnsanlar maddi vəziyyətinə görə, hətta öz orqanlarını satmağa razı olursa, ikinci və növbəti qız uşaqlarının doğulmasına görə onların hesabına 10 min ma...

“BNA qanunsuz cərimə yazıb, telefon zənglərimə “odboy” verirlər…” – OXUCU MƏKTUBU

  Bakı Nəqliyyat Agentliyinin (BNA) haqsızlığı ilə üzləşən Vüqar Şahbazov tərəfindən Sfera.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubd...

Tolik BNA rəhbərinə “it aparan olsun” dedi: “Elə bilərəm, nəzir verirəm…”

  Teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sərt tənqid edib. Sfera.az xəbər verir ki, aparı...