Azərbaycanda kiberdələduzluq qurbanlarının sayı sürətlə artır - Həll yolu nədir?

Azərbaycanda kiberdələduzluq qurbanlarının sayı sürətlə artır - Həll yolu nədir?
Son günlər şəbəkədə kiberdələduzluq hallarının çoxaldığı, yeni formada kiber təhdidlərin artdığı  müşahidə edilir. Kiberdələduzlar  videozənglər vasitəsilə tanınmışları  şantaj edir, bank kartlarının məlumatları müxtəlif üsullara ələ keçirilir, vətəndaşın tanıya biləcəyi nömrələrdən zəng etmək imkanı verən müxtəlif proqram təminatlarından istifadə edərək  zənglər edilməklə məlumatlar ələ keçirilir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib ki,  vətəndaşların, dövlət və qeyri-dövlət sektorun informasiya təhlükəsizliyinin qorunması istiqamətində bu günlərdə daha aktivlik müşahidə olunmalı idi:

"Baş verənlərlə bağlı vətəndaşlara qabaqlayıcı mesajların verilməsi, kibertəhlükəsizliklə bağlı profilaktiki tədbirlərin görülməsi, kiberdələduzluq halı baş verdikdən sonra atılacaq addımlar haqqında vətəndaşların məlumatlanmasına ehtiyac var. Ümumiyyətlə, ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər mövcuddur. 

Qeyri-dövlət sektorunda əsas səlahiyyətli qurum  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətidir. Son günlərdəki kiberdələduzluqlarla bağlı bu qurum tərəfindən hansı tövsiyyələrin verilməsini nəzərdən keçirəndə, rəsmi saytlarında axırıncı xəbərdarlıq-tövsiyyə məlumatının 5 ay öncə yerləşdirildiyini görmək olar”.

Ekspert qeyd edib ki, sözügedən qurum profilaktika, maarifləndrimə, metodiki-informasiya dəstəyi çərçivəsində işləri gücləndirilməlidir:

"Hökumət bütövlükdə əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətdə kompleks tədbirlər müəyyən etməlidir. Rəqəmsal transformasiya ilə bağlı konseptual sənədlərin qəbulunu sürətləndirmək lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...