Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşa bilər

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşa bilər
Azərbaycanda kənd təsərrüfatı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişiklik ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaradacaq..

Sfera.az xəbər verir ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir.

Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.

Bu istiqamətdə birinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaqdır.

Bu istiqamətdə ikinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcəkdir.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ inflyasiyanı zəiflətmək üçün dolları bahalaşdıracaq

ABŞ mərkəzi bankının (FED) rəhbəri Cerom Pauel dünyada yüksək inflyasiyanın qalıcı olacağına dair xəbərdarlıq edib. Pauel bu səbəbdən FED-in qiymətli kağız alış...

Daha 31 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək. Sfera.az bu barədə nazirliyə...

Mikayıl Cabbarov: "Ağdam Sənaye Parkı ilə bağlı 5 layihəyə baxılır"

"Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəşenerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam ö...

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,86 ABŞ dolları, yaxud 5,1 % azalıb. Sfera.az xəbər verir ki, "Az...

Brent ucuzlaşdı

Brent markalı neftin qiyməti ucuzlaşıb. Sfera.az xəbər verir ki, "qara qızıl”ın bir bareli 5,46% ucuzlaşma ilə 69,23 dollara düşüb. Sonuncu dəfə Brent avq...

Mikayıl Cabbarov pakistanlı nazirlə görüşdü

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə nazir özü məl...