Azərbaycanda keçmiş nazirə yeni vəzifə verildi

Azərbaycanda keçmiş nazirə yeni vəzifə verildi
Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus "Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialı yaradılıb.

Sfera.az xəbər verir ki, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan Muxtar Respublikasının sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən "Report”a xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər "Aztelekom”un iki yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Şimal-Şərq Regional Filialı və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Aran Regional Filialıdır.

Şimal-Şərq Regional Filialına Nəriman Salmanov, Aran Regional Filialıa isə Kərəm İbrahimov rəhbər təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.

(report)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...