Azərbaycanda karantində olan qadının əri danışdı: “Oğlum epilepsiya xəstəsi olduğu üçün...” - AÇIQLAMA

Azərbaycanda karantində olan qadının əri danışdı: “Oğlum epilepsiya xəstəsi olduğu üçün...” - AÇIQLAMA
"Həyat yoldaşım və azyaşlı oğlum hazırda Astara rayon Mərkəzi Xəstənasında karantindədir. Onların vəziyyəti yaxşıdır.”

Bunu "Qafqazinfo”ya açıqlamasında karantində saxlanılan Fatimə Zabidlinin həyat yoldaşı Amil Ağazadə deyib.

O qeyd edib ki, ailəsini karantində bu gün ziyarət edib:

"Hər şey öz qaydasındadır. Mütəmadi olaraq telefonla əlaqə saxlayırıq. Onlara yaxşı qulluq edilir, baxılır. Oğlum epilepsiya xəstəsi olduğu üçün həyat yoldaşım onu İrana aparmışdı. Onlar vətənə qayıdandan sonra karantinə alınıblar. Hazırda vəziyyətləri yaxşıdır.

Dövlətimizə təşəkkür edirik ki, karantində saxlanılan insanlara yaxşı şərait yaradıblar. Eyni zamanda, həkimlər də insanların qayğısına qalır. Onlara da təşəkkür edirik. Dövlətimizin və həkimlərin səyi ilə bu bəladan da tezliklə qurtularıq”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR