Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi - FOTO

Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi - FOTO
 
Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.

APA-nın məlumatına görə, Vəkillər Kollegiyasının üzvü, "Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. 

Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov bir ay müddətinə inzibati qaydada həbs edilib.

Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

Neftçalada reyd: 3 nəfər cərimələnib - FOTO

 Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkədə elan edilmiş k...

Saatlıda polis toyu yarımçıq dayandırdı - FOTO

 Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi k...

Şabranda nişan mərasimi keçirənlər saxlanıldı - FOTO

 Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin ...

Şahin Mustafayev oğluna nişan etdi - FOTOLAR

  Baş nazirin müavini Şahin Mustafayev oğluna nişan edib. Sfera.az-ın  Unikal.org-a istinadən məlumata görə, Ş.Mustafayevin oğlu Abdulla ...

Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi - FOTOLAR

  Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin...

Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib - FOTO

 Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq ...