Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? - RƏSMİ

Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? - RƏSMİ
 

Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında - iyun, iyul aylarında da karantin rejiminda qalacağı deməkdir?


Suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev  koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

"Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejiminda qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək". (milli.az)



OXŞAR XƏBƏRLƏR

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...

Bu iki şirkətin direktorlarına CİNAYƏT İŞİ BAŞLANDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətind...

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər AÇIQLANDI

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki,...