Azərbaycanda işlənmiş, çirkli \"pamperslər\" əhalidən alınır – MÜƏMMALI BİZNES

Azərbaycanda işlənmiş, çirkli \
Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda "İşlənmiş pamperslərin alışı" adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.
 
Sfera.az medicina.az-a istinadən bildirir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.
 
Bir bez üçün 0.03 qəpik təklif edən naməlum "biznes" nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər. Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.

"İşlənmiş pampersləri nə edəcəksiz, niyə alırsız" sualının cavabı da müəmmalıdır: "Bu, biznes sirridir".

Təklif bir qədər iyrənc olsa da, bir çox kasıb ailələr işlənmiş pamperslərin 10-20 ədədini yığıb pul götürməkdə maraqlıdır.

İşlənmiş pamperslər sonradan fabrikdə emal olunub təzə pampers hazırlamaq məqsədilə yığılmır. İşlənmiş pampers biznesi bir çox ölkələrdə var.
 
Kirli pampersləri bağ-bostan, parnik işlərində istifadə edirlər. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.

Amma Azərbaycanda bu biznesin qanuni olub-olmaması, qaydalara nə qədər əməl edilib -edilməməsi sual altındadır. Görünür, parnik və bostan biznesmenləri məhsuldarlıq və suya qənaət üçün bu metodu seçiblər və onlara kirli pampersləri insanlardan yığan xüsusi bir qrup yardım edir.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...