Azərbaycanda işçilərin 72 faizi orta əmək haqqından az maaş alır

Azərbaycanda işçilərin 72 faizi orta əmək haqqından az maaş alır
Azərbaycanda 2020-ci ildə orta əmək haqqı 707,7 manat olsa da, muzdlu işçilərin 72%-i ondan az maaş alıb.

Sfera.az bildirir ki, Bakı Araşdırmalar İnstitutunun rəsmi məlumatlara istinadən apardığı hesablamala əsasən, iqtisadi fəaliyyət növlərinin əksəriyyətində orta maaş respublika üzrə müəyyən olunan orta əmək haqqından azdır. 

Orta əmək haqqından yüksək maaş alan sahələr tikinti (790,6 manat), nəqliyyat və anbar təsərrüfatı (886 manat), dövlət idarəetməsi və müdafiə; sosial təminat (957,2 manat), informasiya və rabitə (1082,6 manat), peşə, elmi və texniki fəaliyyət (1188,4 manat), maliyyə və sığorta fəaliyyəti (1726,4 manat), mədənçıxarma sənayesi (3278,6 manat) sahələridir.

Daha çox işçinin çalışdığı təhsil, ticarət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta maaş azdır. Azərbaycanda sahələr üzrə ən aşağı orta maaş inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsindədir. Burada işləyənlər orta hesabla 426 manat maaş alır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR