Azərbaycanda ilk: dron vasitəsi ilə kimyəvi mübarizə - FOTO
14:30 / 24.07.2019
2817
Ucar rayonunda dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilənməlumatagörə, sözügedən proses Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində baş tutub.
Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtükləörtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir.
Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədəağır texnikanın əvəzinə drondan istifadə edilməsiməqsədəuyğundur.