Azərbaycanda "İlin həkimi" mükafatçısı gənc həkim vəfat etdi - FOTO
12:40 / 08.10.2021
3195
Bakı Modern Təhsil Kompleksinin həkim-pediatrı vəfat edib.
Sfera.az xəbər verir ki, bu vəzifədə çalışmış Firuzə Səlimova dünyasını dəyişib.
O, koronavirus infeksiyası səbəbindən həyatını itirib.
F.Səlimova 5 il idir sözügedən təhsil müəssisəsində həkim-pediatr kimi fəaliyyət göstərib.
O, 2020 ci ildə Respublikada keçirilmiş "İlin həkimi" müsabiqəsinin qalibi olub.