Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı - SON DƏQİQƏ!

Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı - SON DƏQİQƏ!
 

Quba Rayonunda iki vəzifəli şəxs işdən azad edilib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən, rayonun Zərdabi və Talaqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində "DOST-İş" MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər hallar müəyyən olunub.

Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Talaqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəzifədən azad ediliblər.

Onların əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

Məlumatı Quba Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.



OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...