Azərbaycanda iki nazirlik əhaliyə müraciət etdi: “Tədbirlər görüləcək”

Azərbaycanda iki nazirlik əhaliyə müraciət etdi: “Tədbirlər görüləcək”
 Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri birgə müraciət yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb: 

"İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, bu hadisələrin 98 faizi insan amilinin təsirindən, yəni yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, taxıl biçinindən sonra sahələrə od vuran fermerlərin, təbiət ərazilərinə yaxın kəndlərin sakinlərinin odla ehtiyatsızlığından və digər səbəblərdən baş verir. İsti, quraq yay günlərinin və taxıl biçini mövsümünün başlaması yanğınların başvermə ehtimalını artırır və qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranır”.

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb: 

"Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər. 

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri belə halların baş verməməsi üçün fermer təsərrüfatları, bələdiyyələr və kənd əhalisi ilə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün maarifləndirmə işlərinə başlayıb. 

Yanğın hallarının qarşısının alınması, günahkar şəxslərin müəyyən edilməsi və onların həm qanun qarşısında cavab verməsi, həm də ictimai tənbeh olunması üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcək”.

OXŞAR XƏBƏRLƏR

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...