Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb - RƏSMİ

Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb - RƏSMİ
Ötən il hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev "Respublika” qəzetində çap olunan məqaləsində qeyd edib.

F.Əliyev bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə hərbi xidmət əleyhinə olan cinayətlər 6,8 faiz azalıb.

O qeyd edib ki, 2018-ci illə müqayisədə ötən ildə qeydə alınmış cinayətlər ümumilikdə 2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 6,8 faiz, az ağır cinayətlər 10,9 faiz,  xüsusilə ağır cinayətlər isə 44,4 faiz azalıb:

"Ötən il qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin - özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin, həmçinin hakimiyyətdən sui-istifadə etmə, qulluğa səhlənkar yanaşma və digər cinayətlərin dinamikasında da əvvəlki illə müqayisədə azalma müşahidə olunub. 

Xüsusi vurğulanmalıdır ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR