Azərbaycanda hərbi cinayətlər azaldı - RƏSMİ

Azərbaycanda hərbi cinayətlər azaldı - RƏSMİ
"Aidiyyatı dövlət orqanları ilə birgə səmərəli fəaliyyət nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 % azalıb".

Sfera.az  xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 %, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 % azalma var.

Bundan əlavə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 %, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 %, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 % və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25,0 % azalıb.

OXŞAR XƏBƏRLƏR