Azərbaycanda həftəsonu küçəyə çıxmaq qadağası – RƏSMİ AÇIQLAMA
19:15 / 03.06.2020
2495
"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub”.
Sfera.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, cümə günü axşamdan baxar ertəsi səhərə qədər hərəkətin tam məhdudllaşdırılması, ictimai, fərdi nəqliyyatın küçəyə çıxmasının qadağan olunması, mağazaların bağlanması, iş rejimlərinin məhdudlaşdırılsı nəzərdə tutulur: "Ancaq bu məsələnin detalları ilə bağlı Baş Nazirin müraciəti, çıxışı olacaq, bu məsələlər detallı elan ediləcək. Bundan sonra Operativ Qərargahın məlumatında məhdudlaşdırmanın təfərrüatı ilə bağlı məlumat veriləcək”.