“Azərbaycanda heç bir məhkum ayağından asılmayıb” - Penitensiar Xidmət

“Azərbaycanda heç bir məhkum ayağından asılmayıb” - Penitensiar Xidmət
YAP deputatından və Penitensiar Xidmətdən hüquq müdafiəçisinə cavab
 

"Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin koordinatoru Oqtay Gülalıyev "Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, yaxınlarda Repressiya və İşgəncələr Əleyhinə Komitənin yaranması ilə bağlı işçi qrupu yaradılıb və bu istiqamətdə işlər gedir, bu komitənin yaranması da bu sahədə olan problemlərin mövcudluğundan xəbər verir.


O. Gülalıyev qeyd edib ki, ölkədə siyasi məhbusların sayı getdikcə artır, cəzaçəkmə müəssisələrində və müxtəlif istintaqlar altında olan adamların dünyasını müəmmalı şəkildə dəyişməsi halları artan xətt üzrə davam edir.


Hüquq müdafiəçisinin müsahibədə dedikləri hakimiyyət düşərgəsində etirazla qarşılanıb.

YAP-çı deputat Elman Nəsirov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Oqtay Gülalıyevin fikirləri həqiqətlə tamamilə ziddir. Belə bəyanatlar müəllifinə hüquq müdafiəçisi deməzlər: "Əvvəla, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu il mart ayının 16-da cənab prezident əfv fərmanı imzaladı. 431 nəfər əfv edildi. Onların içərisində siyasi məhbus yox idi. Əslində radikal müxalifət və adını hüquq müdafiəçisi qoymuş bəzi adamlar onların bəzilərinə siyasi məhbus adını qoymuşdu. İndi həbsdə olan bəzi adamları siyasi məhbus adlandırırlar. Bunu birdəfəlik bilmək lazımdır ki, insanlar var Azərbaycanda cinayət yolunu tutub. Bu yol gec-tez həbsxanaya aparır. Cinayət yolunu tutan insanlar yolun həbsxanaya getdiyini dərk etdiyindən başlayırlar siyasi bəyanatlar verməyə, hakimiyyət əleyhinə təhqir, böhtan yağdırmağa. Onların bu şıltaqlıqlarına dözülür. Onların hüquqi cəzası konkret cinayət əməllərinə görə verilir.

Şəxsən mənim barəmdə də son günlər olmayan şeyləri KİV-də yaymağa başlayıblar. Mənim şəklimi qoyurlar, ad familiyamı yazırlar və arxasınca da yazırlar ki, guya mən deyirəm Azərbaycan bayrağındakı ulduz və gerbdən imtina etmək lazımdır, çünki onların heç bir mənası yoxdur, onların əvəzində isə Heydər Əliyevin şəklini qoymaq lazımdır. Mən sual edirəm ki, bu cür fikri mən harada demişəm, hansı mətbuat orqanında, hansı televiziya çıxışımda söyləmişəm? Heç bir mənbə göstərə bilmirlər. Çünki mən o cür fikirləri söyləməmişəm. İndi siz təsəvvür edin, mənə qarşı böhtan atıldığı, adımdan demədiyim ifadələri yazdıqları üçün hüquqi yol seçirəm, məhkəməyə müraciət edirəm, məhkəmənin qərarı ilə həmin böhtanı yazan tərəf həbs edilir. O zaman həmin adamı da siyasi məhbus adlandıracaqlar? Halbuki adam konkret cinayət əməlinə yol verib. Bax, Azərbaycanda "siyasi məhbuslar” bu şəkildə yaranır".

Deputat qeyd etdi ki, indi o qədər yolunu azmış, öz fəaliyyətində söyüş və təhqiri əsas götürən, iftiralar yazan insanlar var, hakimiyyət düşərgəsi onların səviyyəsinə enmir və cavab vermir: "Fikirləşirik ki, onlar özlərini siyasi məhbus kimi təqdim edəcəklər. Şəxsən mən özüm dözürəm. Ona görə dözürük ki, növbəti qondarma ”siyasi məhbus" peyda olmasın. Siz təsəvvür edin bizim vəziyyətimizi ki, təhqir olunmağa dözməliyik. Nə var, nə var ki, qondarma siyasi məhbus olmasın". 

Penitensiar Xidmət isə "Azadlıg.info” informasiya portalında Oqtay Güləliyevə istinadən dərc edilmiş "Məhbusu ayaqlarından asaraq döyüblər” sərlövhəli məqalədə yazılanlarla bağlı açıqlama verib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report”a daxil olan açıqlamada deyilir ki, məqalə müəllifləri özünü hüquq müdafiəçisi kimi təqdim edən Oqtay Güləliyevə istinadən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı işgəncə hallarının artması, Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Eldəniz Quliyevə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərin edilməsi haqqında həqiqətdən tamamilə uzaq məlumat dərc ediblər.

Penitensiar Xidmət bildirir ki, həmin məqalədə göstərilənlər real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir: "Belə ki, xidmətin tabe qurumlarında saxlanılan məhkumların və həbs edilmiş şəxslərin hüquqları və qanuni mənafeləri etibarlı qorunur. Eyni zamanda müxtəlif dövlət, yerli və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında monitorinq və yoxlamalar aparılır, məhkumlar təklikdə qəbul edilir və hər hansı bir işgəncə halı aşkar olunduqda bu fakt mütləq müvafiq sənədlərdə əks olunur.

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum E.Quliyev səhhətində bəzi problemlər olduğundan dəfələrlə müayinə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib və onun müalicəsi üçün peşəkar tibbi mütəxəssislər cəlb edilib.

Sonuncu dəfə məhkum cari ilin aprel ayında müalicə kursu keçib və cəzaçəkmə müəssisəsinə qaytarılıb. Həm məhkum E.Quliyev, həm də digər səhhətində problemi olan məhkumlar istər xidmət əməkdaşları, istərsə də tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bununla belə, penitensiar müəssisələrdə daxili intizam qaydalarına cəza çəkənlər tərəfindən ciddi riayət olunmalıdır. Bu tələbləri pozmağa cəhd edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq olunur və dərhal sənədləşdirilir.

Penitensiar Xidmət insan hüquq və azdlıqlarının müdafiəsi ilə məşğul olmağa təşəbbüs göstərən şəxslərin yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bir daha nəzərə çatdırır".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...