Azərbaycanda hansı nazirliklər ləğv olunacaq? – Struktur islahatları başlayır

Azərbaycanda hansı nazirliklər ləğv olunacaq? – Struktur islahatları başlayır
 Bir neçə ildir başladılan kadr və struktur islahatları davam etdiriləcək.
 

Sfera.az  xəbər verir ki, bu sözləri axar.az-a Əli Əsədovun Baş nazir postuna təyin edilməsindən sonra aparılacaq struktur islahatları haqda danışan millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Əli Əsədovun bu vəzifəyə təyin edilməsindən sonra da islahatlar davam etdiriləcək:

"Beynəlxalq aləmdə və cəmiyyətdə daxili münasibətlər nəzərə alınaraq, bütün sahələrdə vaxtaşırı islahatların aparılması çox vacibdir. Bu, dövlətimizin, dövlətçiliyimizin, inkişafımızın xeyirinədir. İslahatlar siyasi, iqtisadi, bir sözlə, bütün sahələrdə aparılır. O cümlədən kadr, struktur islahatları da gedir. Son 2 il ərzində aparılan islahatlar göz qabağındadır. Bundan sonra da bu islahatların davam etdirilməsi gözlənilir. Dünən Əli Əsədovun Baş nazir postuna təyin olunması ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlardan idi. O, iş fəaliyyəti ilə bir kadr kimi özünü doğruldub. Hesab edirəm ki, onun bu vəzifəyə təyin edilməsi Azərbaycanın inkişafında, möhkəmlənməsində çox vacibdir”.

Millət vəkili Aydın Mirzəzadə də bildirib ki, Əli Əsədovun Baş nazir postuna təyin edilməsi Azərbaycan hökumətinin iqtisadi siyasətinin həyata keçirilməsində rolunun daha da artırılmasına yönəlib:

"Əli Əsədov peşəkar iqtisadçıdır. Azərbaycan iqtisadiyyatı, onun inkişaf perspektivləri və qarşıda duran problemlərlə bağlı kifayət qədər məlumatlıdır. Bu baxımdan onun Baş nazir təyin edilməsi Nazirlər Kabinetinin iqtisadi sahədə tənzimləyici rolunun artırılması məqsədi güdür.

Bundan sonra aparılacaq struktur dəyişikliyi ilə bağlı isə deyə bilərəm ki, Əli Əsədov bu sahədə peşəkar kimi müəyyən yeniliklərlə bağlı təşəbbüskar ola bilər. Hazırda müəyyən struktur islahatları aparılacağı sosial şəbəkələrdə müzakirə olunur. Hansısa qurumun ləğv edilməsi, birləşdirilməsini və yaxud da yenisinin yaradılmasını zaman göstərəcək. Amma ümumilikdə götürəndə Azərbaycanda günün tələblərinə cavab verən struktur dəyişikləri hər zaman aparılır.

Bu gün Baş nazir qarşısında qoyulan əsas məqsəd isə Nazirlər Kabinetinin fəaliyyətinin gücləndirilməsi, günün tələblərinə cavab verən səviyyəyə qaldırılması və iqtisadi sahəyə diqqətin artırılması, sahibkarlığa dəstək və hökumət qarşısında duran digər məsələlərin həllinin sürətləndirilməsidir”.



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...