Azərbaycanda hakimlər cəzalandırıldı

Azərbaycanda hakimlər cəzalandırıldı
 

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 

Sfera.az-ın "Report" a istinadən xəbərinə görə, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib. 

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR