No Image
No Image

Azərbaycanda güclü yanğın,maşınlar kül oldu - FOTO

Azərbaycanda güclü yanğın,maşınlar kül oldu - FOTO
Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR