Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı

Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
Bərdə Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Qeyd edək ki, 2020-ci ilin may ayının 19-da Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini R.Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində sonuncunun ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlara əsasən T.Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
 
(report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polis bu qadını axtarır - FOTO

Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb. &nbs...

Cəlilabadda 22 yaşlı gənci bıçaqlayıb öldürdülər

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu bıçaq...

Bakıda qəbiristanlıq gözətçisi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ...

600 minlik yeyinti edən baş həkim - “Bunu təkbaşına görməmişəm”

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi...

Bakıda qəbiristanlıq gözətçisi BIÇAQLANDI

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəmi...

Salyanda mağazadan 63 min manat oğurlanıb

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümum...