Azərbaycanda futbol klubunda koronavirusa kütləvi yoluxma

Azərbaycanda futbol  klubunda koronavirusa kütləvi yoluxma
"Sabah”da koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Sfera.az xəbər verir ki, bu barədə apasport.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, komandada 6 nəfərin testi pozitiv çıxıb. Onlardan 5-i məşqçi, 1-i isə futbolçudur. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyev koronavirusa yoluxduğu üçün karantinə alınıb. Onlardan bəziləri ötən həftə bu virusa yoluxduğu bəlli olub.
Hazırda məşqçilər korpusunda yalnız Vladimir Şeludko və baş məşqçi Murad Musayev sağlamdır. Onların testi neqativ çıxdığından, növbəti matçda texniki zonadakı yerlərini ala biləcəklər.

Bakı təmsilçisində testi pozitiv çıxan futbolçu isə Mixeil Erqemlidzedir. Karantinə alınan gürcüstanlı hücumçunun qarşıdakı iki turu buraxacağı dəqiqdir.

Qeyd edək ki, "Sabah” Premyer Liqanın XII turunda noyabrın 27-də "Keşlə” ilə qarşılaşacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək

"Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.   Sfera.az xə...

Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika AÇIQLANDI

"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinay...

Vilayət Eyvazov bu bölmənin rəis müavinini İŞDƏN ÇIXARDI

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsinin rəis müavini, polis mayoru Anar Hüseynov işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bununla bağ...

Nazir Tofiq Yaqublunun döyüldüyü iddia edilən bölməyə rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyazov əmr imzalayıb. ...

Mir Möhsün Nəvvabın Cıdır düzündəki məzarı bərpa olunub

Azərbaycanın məşhur şairi və naşiri Mir Möhsün Nəvvabın Şuşanın Cıdır düzündə yerləşən və işğal dövründə ermənilər tərəfindən dağıdılan məzar daşı bərpa olunub....

Sabah hava necə olacaq?

Dekabrın 7-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəy...