Azərbaycanda film kimi olay – BMW 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü – VİDEO

Azərbaycanda film kimi olay – BMW 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü – VİDEO
Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib.


Sfera.az "avtosfer.az”a istinadən bildirir ki, hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib.

Hadisə 90 NL 620 dövlət qeydiyyat nişanlı 'BMW 750' markalı avtomobilin 99 SV 076 dövlət qeydiyyat nişanlı 'Hyundai Elantra' markalı avtobili təqibindən sonra başlayıb.

Yüksək sürətlə hərəkət edən 'BMW' markalı avtomobilin sürücüsü 'Elantra'nı Masazır dairəsində tıxaca salır və surətlə arxasından vurur.

Vurduqdan sonra əsəbi soyumayan sürücü surəti artıraraq 'Elantra'nı yoldan çıxarmağa çalışır. 5-dən çox avtomobil də bu zaman ciddi zərər görür.

 
Məlumata görə olayların ən dəhşətli hissəsi isə bundan sonra başlayır. 'BMW'dən düşən 3-4 nəfər idmançı təəssüratı bağışlayan gənc əvvəlcə 'Elantra' sürücüsünü maşından çıxarır, sonra elə Masazır dairəsində də ölümcəsinə döyürlər.

Döyülən şəxsə qarşı başqa avromobildən düşən şəxslər də hücum edir. Ətrafdakı insanların müdaxiləsi nəticəsində 'Elantra' sürücüsü ölümdən yaxa qurtarır.

Məsələnin ən maraqlı tərəfi isə budur ki, 'vorzakon'lar öz 'işlərini'gördükdən sonra öz avtomobilləri ilə yanaşı döyülən şəxsin də avtomobilini sürərək hadisə yerindən uzaqlaşırlar.

Döyülən şəxsin müxbirimizə verdiyi məlumata görə hadisə onun dostu ilə bu şəxslər arasında baş verən mübahisəyə görə olub.

Daha sonra hadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar. 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...