Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarıldı

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata əsasən, Göygöl rayonunda yerləşən "Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan "Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, "Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən "Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda ölkəmizin və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq mümkündür.

Qeyd edək ki, cari ildə 12 faydalı qazıntı yatağı hərrac qaydasında istifadəyə verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ inflyasiyanı zəiflətmək üçün dolları bahalaşdıracaq

ABŞ mərkəzi bankının (FED) rəhbəri Cerom Pauel dünyada yüksək inflyasiyanın qalıcı olacağına dair xəbərdarlıq edib. Pauel bu səbəbdən FED-in qiymətli kağız alış...

Daha 31 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək. Sfera.az bu barədə nazirliyə...

Mikayıl Cabbarov: "Ağdam Sənaye Parkı ilə bağlı 5 layihəyə baxılır"

"Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəşenerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam ö...

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,86 ABŞ dolları, yaxud 5,1 % azalıb. Sfera.az xəbər verir ki, "Az...

Brent ucuzlaşdı

Brent markalı neftin qiyməti ucuzlaşıb. Sfera.az xəbər verir ki, "qara qızıl”ın bir bareli 5,46% ucuzlaşma ilə 69,23 dollara düşüb. Sonuncu dəfə Brent avq...

Mikayıl Cabbarov pakistanlı nazirlə görüşdü

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə nazir özü məl...