Azərbaycanda "facebook" istifadəçilərin aktivliyi azalıb

Azərbaycanda
2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb.

Unikalıorg-un xəbərinə görə, bu barədə Global Stats statistik mərkəzi xəbər verir. Qeyd olunub ki, martın 1-nə olan məlumata görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə Twitter qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 82,2 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin martın 1-nə olan tarixə 21,7 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 3 dəfə çoxdur.

Bu ilin fevral ayı ərzində ölkə üzrə Youtube şəbəkəsinin istifadəçilərinin fəallığı 9 faiz azalıb. Martın 1-nə olan məlumata əsasən, Youtube sosial media bazarında 16,7 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü aşağıdakı kimidir: Pinterest– 16,2 faiz, Instagram – 5,75 faiz, "VKontakte” – 1,27 faiz, Google+ - 0,48 faiz və s.

OXŞAR XƏBƏRLƏR

Gözlənilən 9X smartfonları artıq satışda

Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə tə...

"WhatsApp"a qaranlıq fon gəlir

"WhatsApp"dan istifadəçilərini sevindirəcək xəbər. Uzun zamandır maraqla gözlənilən qaranlıq fon tədbiqi başlayır. Antıq bu yenilik beta versiyada istifadəyə ve...

Vatsapda YENİ FUNKSİYALAR

Vatsap istifadəçiləri ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər. ...

“Facebook” və “Instagram” çökür?- Şok iddia

Dünən axşam "Facebook” və "Instagram” sosial şəbəkələrinin işində ciddi problemlər yaranıb. Sfera.az xəbər verir ki, dünyanın yarıdan çox ölkəsində eyni problem...

Abşeron və Sumqayıta internet verildi

Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb. "Report”un məlumatına görə, hazırda hər iki bölgəyə normal ...

Artıq bu avtobusda da pulsuz "Wi-Fi" var

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb. Sfera.az bildirir ki, bundan əvvəl 18 və 85 sayl...