No Image
No Image

Azərbaycanda ev heyvanları ilə bağlı CİDDİ TƏHLÜKƏ - Bu qurum araşdırmalara başladı

Azərbaycanda ev heyvanları ilə bağlı CİDDİ TƏHLÜKƏ - Bu qurum araşdırmalara başladı
"Artıq dünyada zoonos mənşəli olan koronavirusun insandan ev heyvanlarına keçməsi ilə bağlı faktlar mövcuddur”.
 
Sfera.az xəbər verir ki, bunu aqrar sahə üzrə ekspert Nicat Nəsirli deyib. O bildirib ki, bu, çox ciddi təhlükədən xəbər verir:

"Əgər virus ev heyvanları arasında yayılsa, bu əhalinin ərzaq təminatında ciddi problemlər yarada bilər. Yaxşı olar ki, bu istiqamətdə tədqiqatlar aparılsın və nəticələri ilə bağlı cəmiyyət məlumatlandırılsın”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva isə qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutu artıq COVID-19 xəstəliyinin it və pişiklər arasında yayılmasının araşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlayıb:

"Bu layihə COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb edir. Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür”.

Qurum rəsmisinin sözlərinə görə, mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir:

"Qeyd edim ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında  COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınmışdır. 

Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır. İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib”.

Mətbuat katibi son olaraq bildirib ki, insanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artır.

Günay Rəsulqızı
Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”. Sfer...

Gömrük Komitəsi ölkədən çıxarılan pullarla bağlı məlumat yaydı

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən yeddi bank vasitəsilə ölkədən nağd...

Azərbaycanda pandemiyanın bitəcəyi TARİX AÇIQLANDI - VİDEO

Azərbaycanda vaksinasiya artıq sürətli getməyə başlayıb. Azərbaycanda istifadə olunan vaksinlərin hamısı təhlükəsizlik baxımından dünyanın ən ciddi labaratoriya...

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? - AÇIQLAMA

"Həqiqi hərbi xidmətin müddətinin uzadılması barədə xəbərlər əsassızdır” Sfera.az bildirir ki, bu sözləri Silahlı Qüvvələrdən tərxis olunmada ləngimələrin...

İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVAB

İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq... Sfera.az bildirir ki, sosial şəbəkə istifadəçiləri iddia edi...

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (G...