Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR

Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR
Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
 
Sfera.az xəbər verir ki, dana və quzu ətinin bahalaşmasını ət satışı ilə məşğul olan şəxslər də təsdiqləyir. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, son günlər iribuynuzlu diri heyvan tapmaq çətinləşib. Dünəndən isə bazarlarda lazımı qədər diri heyvan olsa da, topdansatış qiyməti 11,5 manata qaldırılıb: 

"Əvvəllər dana ətinin topdansatış qiyməti 9,5-10 manat idi. Mən əvvəl aldığım heyvanın ətini dünən 11,5 manata satmışam. Amma artıq topdansatış qiyməti 11,5 manata yüksəlib. Topdansatış qiymətlərinin artması bizi məcbur edir ki, pərakəndə qiymətləri də ən azı 2 manat artıraq”.

O dana əti ilə bərabər quzu ətinin də topdansatış qiymətinin artdığını və bu səbəbdən pərakəndə satış qiymətinin 15 manatdan aşağı olmayacağını dedi.
Satıcı bəzi yerlərdə mal ətinin əvvəlki qiymətə satılmasının mümkün olduğunu da bildirdi. Onun sözlərinə görə bu, o halda mümkündür ki, camış əti inək əti adı altında satılsın. Satıcı dedi ki, qiymətləri artırmaq istəməyən satıcılar əksər hallarda camış ətini inək əti ilə birgə satır.   

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR

Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə kiloqramı 11 manata satılan c...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Deputatlar bu gün 19 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Sfera.az-ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxildir. Müzakirə olunacaq məsə...

Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı QƏRAR

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən "Ticarətə aid xarici valyutalar” siyahısında yer alıb. Sfera.az x...

Daha kimlərin maaşı artırılacaq? – Yaxın 10-12 gün ərzində...

"Yəqin yaxın 10-12 gün ərzində mərhələli şəkildə müxtəlif sahələrdə çalışanların əmək haqlarının qalxması haqda prezident tərəfindən fərmanlar imzalanacaq”. &n...

Rusiyanın SWİFT sisteminə girişi qadağan edilərsə, Azərbaycana hansı təsirləri olacaq? – AÇIQLAMA

Ötən gün ABŞ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə, SWİFT sisteminə girişinin qadağan ediləcəyini açıqladı. Sözügedən ölkənin hədəsinə qarşılıq olaraq isə,...