Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü

Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü
Şamaxıda ər arvadını uşaqlarının gözü qarşısında döyərək öldürüb.  

Bu barədə Sfera.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il oktyabrın 1-də rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM)müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ş.Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ş.Cəfərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lənkəran sakinində tapança aşkarlandı

Lənkəran rayon sakinində tapança aşkarlanıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat veri...

Salonlara basqın edən şəxsə hökm oxundu - VİDEO

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotro...

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

Avtomat satmaq istəyərkən saxlanıldı - FOTO

Bakıda "Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz olaraq odlu s...

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirdi

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. Bu barədə Sfera.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki,...

Azərbaycanlı avtoritet GÜLLƏLƏNDİ - FOTO

Ukraynanın Odessa şəhərində 65 yaşlı kriminal avtoritet güllələnib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan əsilli Nazir Əliyevdir. Qət...