Azərbaycanda ən çox qiymət artımı bu məhsullarda olub – 60 faiz bahalaşma
11:23 / 18.11.2021
844
2021-ci ilin oktyabrdında tərəvəzlərin qiymətində
illik artım 56,7 faizə yüksəlib.
Sfera.az bildirir ki, tərəvəzlərdə bahalaşma
sentyabrda 42,2 faiz, avqustda 29,1 faiz olmuşdu.
Tərəvəzlərin bu qədər bahalaşması ərzaq məhsullarının
ümumi qiymət səviyyəsinin yüksəlməsində həlledici rol oynayıb. Oktyabrda ərzaq
məhsullarının 13,1 faiz bahalaşmasında tərəvəzlərdəki qiymət artımı ən böyük
paya sahib olub.
Bu il ağ kələm, xiyar, pomidor, kartof kimi əsas
tərəvəz məhsullarında ciddi qiymət artımı qeydə alınıb. Pomidorun dəyəri 1,6 dəfə yüksəlib. Bir ildə
pomidorun qiyməti 1,08 manatdan 2,8 manata qədər artıb.
Xiyar 87-88 faiz bahalaşıb. Bir il ərzində
xiyarın dəyəri 66 qəpikdən 1,23 manata yüksəlib.
Göy lobyanın qiyməti 1,18 dəfə artıb. Ötən
müddətdə göy lobyanın dəyəri 1,07 manatdan 2,3 manata qalxıb.
Göyərtilərin qiyməti isə 26,1 faiz artaraq 23 qəpik olub.
Vasif