Azərbaycanda ən çox qiymət artımı bu məhsullarda olub – 60 faiz bahalaşma

Azərbaycanda ən çox qiymət artımı bu məhsullarda olub – 60 faiz bahalaşma
2021-ci ilin oktyabrdında tərəvəzlərin qiymətində illik artım 56,7 faizə yüksəlib.
 
Sfera.az bildirir ki, tərəvəzlərdə bahalaşma sentyabrda 42,2 faiz, avqustda 29,1 faiz olmuşdu.
 
Tərəvəzlərin bu qədər bahalaşması ərzaq məhsullarının ümumi qiymət səviyyəsinin yüksəlməsində həlledici rol oynayıb. Oktyabrda ərzaq məhsullarının 13,1 faiz bahalaşmasında tərəvəzlərdəki qiymət artımı ən böyük paya sahib olub.
 
Bu il ağ kələm, xiyar, pomidor, kartof kimi əsas tərəvəz məhsullarında ciddi qiymət artımı qeydə alınıb. Pomidorun dəyəri 1,6 dəfə yüksəlib. Bir ildə pomidorun qiyməti 1,08 manatdan 2,8 manata qədər artıb.

Ağ kələmin qiyməti 2,44 dəfə artıb. Son bir ildə ağ kələmin qiyməti 42 qəpikdən 1,02 manata yüksəlib. Ötən müddətdə ağ kələmin qiyməti 60 qəpik artıb.
Xiyar 87-88 faiz bahalaşıb. Bir il ərzində xiyarın dəyəri 66 qəpikdən 1,23 manata yüksəlib.

Göy lobyanın qiyməti 1,18 dəfə artıb. Ötən müddətdə göy lobyanın dəyəri 1,07 manatdan 2,3 manata qalxıb.
 
Ən mühüm tərəvəzlərdən olan kartofun qiyməti 22 faiz artaraq 72 qəpikdən 87 qəpiyə, baş soğanın dəyəri 29 faiz yüksələrək 49 qəpikdən 64 qəpiyə çatıb.
Göyərtilərin qiyməti isə 26,1 faiz artaraq 23 qəpik olub.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusun yeni ştamı nefti ucuzlaşdıramağa davam edir – Nələr baş verəcək?

Dünən beynəlxalq birjalarda neft qiymətlərinin kəskin enməsi "OPEC+” ölkələrinin hasilatın artırılması qərarını təxirə sala bilər.  Sfera.az xəbər ve...

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb. Sfera.az xəbər verir ki, "A...

"Qara cümə" fırıldağı: Alıcılar necə aldadılır?

Bu gün dünyada "Black Friday”- yəni "Qara Cümə” günü keçirilir. Bir çox iri şirkətlərdə, ticarət mərkəzləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim o...

Dolların bahalaşması Azərbaycana necə təsir edəcək?

Son aylarda ABŞ dollarında müşahidə edilən bahalaşmanın hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır. ABŞ mərkəzi bankının açıqlamaları və tanınmış maliyyə i...

Lirə 14 qəpiyə qalxdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sfera.az xəbər verir ki, 2021-ci ilin noyabrın 25-də ABŞ dollarının məz...

Azərbaycanda bahalaşma uzunmüddətlidir - ŞƏRH

Rəsmi məlumatların təhlili göstərir ki, ölkəmizdə qiymət artımları uzunmüddətli qiymət dəyişikliklərindən qaynaqlanıb.   Sfera.az bildirir ki, qiy...