Azərbaycanda ən çox bu sahələrdə reklam verilir

Azərbaycanda ən çox bu sahələrdə reklam verilir
2020-ci ildə Azərbaycanda iqtisadi böhranın yaşanmasına və istehlak bazarının kiçilməsinə baxmayaraq reklam bazarının həcmi böyüyüb. Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2019-cu ildə 73,6 milyon manat olan reklam bazarının həcmi ötən il 79,2 milyon manata yüksəlib. 

Artımın sayəsində reklam bazarının ümumi daxili məhsula (ÜDM) nisbəti də artıb. 2019-cu ildə reklam bazarı ÜDM-nin 0,09 faizi qədərində olduğu halda, ötən il 0,11 faizə yüksəlib. 

Reklamlardan əsasən qeyri neft-qaz sektorunda istifadə edilir. Buna görə də reklam bazarının həcminin qeyri neft-qaz ÜDM-nə nisbəti də önəmli göstəricidir. Bu göstərici 2019-cu ildəki 0,15 faizdən, 2020-ci ildəki 0,156 faizə yüksəlib. 

Xatırladaq ki, reklam bazarının ÜDM-yə nisbətində ən yüksək göstərici 2014-cü ildə qeydə alınmışdı. Həmin tarixdə reklam bazarının ÜDM-yə nisbəti 0,122 faiz, qeyri neft-qaz ÜDM-nə nisbəti 0,2 faiz olub.
 
Reklam bazarının 75,63 milyon manatı reklam fəaliyyəti hesabına formalaşıb. Burada reklam informasiyalarının hazırlanması 30,26 milyon manat, reklamın yerləşdirilməsi 12,61 milyon manat, reklamın yayılması 32,7 milyon manat həcmində bazar payını yaradıb. 

Reklam yayım xərclərinin yarıdan çoxu açıq məkandakı reklamlar üçün ayrılıb. Açıq məkanda reklama 18,85 milyon manat xərclənib ki, bu da cəmi yayım xərclərinin 57,5 faizidir. 

Bu sahə üzrə reklam xərcləri son illərdə bir neçə dəfə artıb. 2015-2016-cı illərdə açıq məkanda reklama 3-4 milyon manat xərcləndiyi halda 2018-2019-cu illərdə xərc 9-11 milyona yüksəlib. Ötən il isə açıq məkanda reklama rekord məbləğdə pul xərclənib. 

Ənənəvi reklam sahəsi olan teleradio proqramlarında reklam xərcləri cəmi 10,5 milyon manat təşkil edib. Bu məbləğ 2017-ci ildəki göstəricidən 2 dəfə çox olsa da 2014-cü ildəki göstəricidən 2 dəfə azdır. 

Qəzet və jurnallarda reklamlar isə azalaraq 2018-ci ildə minimuma düşüb. Çap mediasında reklam xərcləri 2015-ci ildə 1,4 milyon manat olmuşdusa, 2018-ci ildə 100 min manata qədər geriləyib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...