Azərbaycana ən bahalı yüklər hansı vasitələrlə daşınır? - STATİSTİKA

Azərbaycana ən bahalı yüklər hansı vasitələrlə daşınır? - STATİSTİKA
2021-ci ilin yanvarında Azərbaycan xaricdən 541 min 64 min tondan artıq yük qəbul edib. İdxal edilən yüklərin ümumi dəyəri 787,5 milyon dollar olub.

 

Sfera.az rəsmi statistikaya əsasən bildirir ki, yüklər müxtəlif daşınma vasitələrinin köməkliyi ilə Azərbaycana çatdırılıb. Gətirilən yüklərin daha çox hissəsi dəmiryolu nəqliyyat vasitəsi ilə, ən bahalı yüklər isə poçt göndərişləri vasitəsilə daşınıb.

 

Bir ay ərzində dəmiryolu vasitəsilə 277,44 min ton yük gətirilib. Gətirilən yükün dəyəri 145,146 milyon dollar olub. Dəmiryol nəqliyyat vasitəsilə ümumi yüklərin 51,27 faizi idxal edilib.

 

Avtomobil nəqliyyat vasitəsilə 182,22 min ton yük gətirilib və bu qədər yük üçün 502,544 milyon dollar ödənilib. Cəmi yüklərin gətirilməsinin 33,67 faizi avtomobil nəqliyyatının payına düşüb.

 

Stasionar nəqletmə vasitələri ilə 58 151 ton (3,28 milyon dollar), dəniz nəqliyyatı vasitəsilə 21 179 ton (12,252 milyon dollar), özü hərəkət edən vasitələrlə 1 248 ton (31,14 milyon dollar), hava nəqliyyatı vasitəsilə 794,2 ton (86,33 milyon dollar), poçt göndərişi ilə 23,46 ton (6,796 milyon dollar) yük gətirilib.

 

Müxtəlif vasitələrlə daşınan yüklərin daşınma qiymətləri də müxtəlif olub. Ən bahalı yüklər poçt göndərişi ilə, ən ucuz yüklər stasionar vasitələrlə gətirilib.

 

Yanvarda gətirilən yükün orta hesabla bir tonunun gömrük dəyəri poçt göndərişində 289 686 dollar, hava nəqliyyatında 108 702 dollar, özü hərəkət edən vasitələrdə 24 937 dollar, avtomobil nəqliyyatında 2757,8 dollar, dəniz nəqliyyatında 578, dəmiryolu 523 dollar, stasionar vasitələrdə 56,41 dollar təşkil edib.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...