Azərbaycanda elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü? - AÇIQLAMA

Azərbaycanda elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü? - AÇIQLAMA

Hazırda Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov bildirib ki, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.

Elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq. Amma bu sistemin nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb.

Sfera.az xəbər verir ki, oxu.az-a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, elektron sürücülük vəsiqəsinə keçilməsi həm iqtisadi cəhətdən, həm də digər aspektlərdən sərfəli olan dəyişiklikdir:

"Hazırda dünya bu sistemə doğru gedir. Bu məsələ ilə bağlı müəyyən müzakirələr də aparılır. Dünya üzrə hər şeyin, o cümlədən, sənədlərin elektronlaşdırılması prosesi gedir. Bununla da informasiyaları elektron daşıyıcıya yerləşdirməklə bağlı müəyyən narahatlığı aradan qaldırırlar.

Artıq bir ilə yaxındır ki, Rusiyada elektron sürücülük vəsiqəsinə keçilməsi müzakirə olunur. Hətta dünyanın bir sıra ölkələrində də bu istiqamətdə işlər gedir. Müsbət nəticələr olanda Azərbaycan da bu sistemə keçəcək. Amma hələlik bu məsələ ətrafında yalnız müzakirələr aparmaq, beynəlxalq təcrübənin müsbət nəticələrinə baxmaq lazımdır.

Elektron sənədə keçmək bizi əlavə olaraq sənədin üzərimizdə daşınmasından xilas edə, sənədin dəyişdirilməsi prosesi zamanı ödənilən məbləğin həcminin azaldılmasına gətirib çıxara bilər".

 

Ekspert əlavə edib ki, ölkəmizdə elektron sürücülük vəsiqəsi tətbiqinə keçilməsi prosesi tez bir zamanda həyata keçirilə bilməz:

"Dünya bu prosesə doğru gedirsə, Azərbaycanda da bu sistemin tətbiq edilməsi mümkündür. Amma tez bir zamanda bu prosesin baş tutması gözlənilmir. Müəyyən müddətdən sonra bunun ətrafında geniş müzakirələr aparılmalı, aidiyyəti strukturlar buna rəy verməli, peşəkar qurumlar öz tövsiyələrini bildirməlidir. Ondan sonra çox rahat şəkildə insanlar elektron sürücülük vəsiqəsinə keçə bilər".

OXŞAR XƏBƏRLƏR

2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan e...

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

 Sərt karantin rejimin tətbiq edilməsi ilə fəaliyyəti bərpa olunan ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır. Bakı Nəqliyyat A...

SON DƏQİQƏ! Koronavirusa görə Azərbaycana xarici mütəxəssislər gətirildi

 Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sa...

Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı

 Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk e...

“e-Tabib”lə yoluxmanın qarşısını al

  Tətbiqdən istifadə edən "Bakcell” abunəçilərinə hədiyyə "Bakcell” şirkəti COVID-19-la mübarizə tədbirləri çərçivəsində ölkəmizdə həyata keçirilən daha ...