Azərbaycanda elektron qaydada iş yerinə dair arayış verəcək orqan müəyyənləşib
10:03 / 24.07.2016
960
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Elektron xidmət növlərinin Siyahısı"na etdiyi dəyişiklikdə əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına iş yerinə dair arayışın verilməsi daxil edilib. Bununla da nazirliyin təqdim etdiyi elektron xidmət növlərinin sayı 37-ə çatıb.