Azərbaycanda əhalinin ərzaq xərcləri artıb – Nəyə nə qədər pul xərcləyirik?

Azərbaycanda əhalinin ərzaq xərcləri artıb – Nəyə nə qədər pul xərcləyirik?
2020-ci ildə əhalinin pərakəndə xərclərində ərzaq məhsullarına çəkilən xərcin xüsusi çəkisi son 8 ilin ən yüksək səviyyəsinə yüksəlib. Rəsmi statistikaya əsasən, ərzaq xərcləri 21 milyard 685 milyon manata çatıb ki, bu da cəmi pərakəndə xərclərinin 54 faizinə bərabərdir. Əhalinin xərclərinin 46 faizi isə qeyri-ərzaq xərclərinə yönəldilib.

Sfera.az xatırladır ki, 2019-cu ildə əhali ərzaq məhsullarının alınmasına 19,971 milyard manat xərcləmişdi. Ötən il ərzaq xərcləri 1,714 milyard manat, yəni 8,58 faiz artıb.

Ərzaq xərcləri artdığı halda qeyri-ərzaq xərcləri azalıb. 2019-cu ildə qeyri-ərzaq mallarının alınmasına 19,42 milyard manat xərcləndiyi halda 2020-ci ildə çəkilən xərc 18,481 milyard manata enib. Müqayisə göstərir ki, ötən il ərzində qeyri-ərzaq xərcləri 940 milyon manat və ya 4,83 faiz azalıb.

Qeyri-ərzaq xərclərinin azalması fonunda ərzaq xərclərinin artması əhalinin pərakəndə xərclərində onun payının xeyli dərəcədə artmasına səbəb olub.
2020-ci ildə ərzaq mallarına çəkilən xərcin xüsusi çəkisinin 54 faizə yüksəlməsi sonuncu dəfə 2013-cü ildə qeydə alınıb. Həmin ildə xərclərin 53,7 faizi ərzağa xərclənmişdi. Sonrakı illərdə ərzaq xərclərinin payı azalaraq 2016-cı ildə 49,9 faizə düşdü. 2007-2019-cu ildə ərzaq xərclərinin payı 50,7 faizə yüksəlsə də fərq böyük deyildi. Ancaq 2020-ci ildə vəziyyət kəskin dəyişdi və ərzaq xərclərinin xüsusi çəkisi 54 faizə çatdı.

Ərzaq xərclərinin həcminin və xüsusi çəkisinin artması əhalinin gəlirlərinin azalması ilə paralel baş verib. Ötən il əhalinin adambaşına düşən nominal gəlirləri 2,5 faiz azalıb. Adətən əhalinin gəliri azalanda onun xərcləri də azalmalıdır.

Bəs, belə bir vəziyyətdə ərzaq xərclərinin artması nə ilə bağlı ola bilər?

2020-ci ildə ərzaq xərclərinin artmasının 2 əsas səbəbi var. Birinci səbəb ərzaq mallarının daha böyük sürətlə bahalaşmasıdır. Ötən il ərzaq qiymətləri orta hesabla 5 faiz artıb. Qeyri-ərzaq mallarının qiymətləri isə 1,3 faiz yüksəlib.

Ərzaq mallarının 5 faiz bahalaşması onunla nəticələnir ki, eyni miqdarda olan mala 5 faiz çox vəsait xərclənməlidir.

Ərzaq xərclərinə çəkilən xərcin artmasına təsir göstərən ikinci amil karantin səbəbindən əhalinin ehtiyat toplamasıdır. 2020-ci ildə bir neçə dəfə xüsusi karantin rejiminin tətbiqi əhalidə ərzaq ehtiyatı yaratmağa vadar etdi. Bununla əlaqədar olaraq gündəlik tələbdən çox ərzaq məhsullarının alışı həyata keçirildi.

Qeyd edək ki, Azərbaycanda 1995-ci ildən sonra pərakəndə ticarətdə ərzaq mallarının payında azalma müşahidə edilirdi. 1995-ci ildə ərzaq xərcləri cəmi pərakəndə ticarətin 76,3 faizini formalaşdırırdı. 1996-cı ildə makroiqtisadi sabitliyin bərpa edilməsindən, iqtisadi böyüməyə nail olduqdan sonra ərzaq xərclərinin cəmi pərakəndə xərclərdə payı azalmağa başladı. 2002-ci ildə ərzaq xərclərinin payı 70 faizə, 2011-ci ildə 61 faizə, 2016-cı ildə 49,9 faizə endi.

Vasif
Sfera.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...