Azərbaycanda dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdəki şəxslər sığorta olunacaq

Azərbaycanda dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdəki şəxslər sığorta olunacaq
 

Dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığorta olunacaq.

Sfera.az-ın APA-ya iatinadən məlumatına görə, bununla bağlı "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə ( Sığorta olunanlar) dəyişiklik təklif edilir.

Təklifə əsasən, "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri "hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəzlənməlidir. 

 

Bununla da Qanun hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərə şamil edilə bilər.

Sənədin hazırki variantı isə belədir: Qanun hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilir.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR