Azərbaycanda dollar ajiotajı – Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyuta alışı 66,4 milyon ABŞ dolları olub.
Sfera.az xatırladır ki, son iki hərracda dollar alışının azalması müşahidə edilir. Yanvarın 12-də baş tutan hərracda dollar alışı 142,2 milyona yüksəldikdən sonra ayın 14-dəki hərracda 100,1 milyon dollara, bu gün baş tutan hərracda isə 66 milyon dollara enib. Hərraclarda qısa müddətdə dollar alışının 2,14 dəfə azalmasının şahidi oluruq.
Yanvarda 5 hərrac keçirilib. Birinci hərracda 66,4 milyon dollar alınıb. İkinci hərracda alış 70,6 milyon dollara, üçüncü hərracda 142,2 milyon dollara yüksəlib. Keçirilən 5 hərracda 416,2 milyon dollar satılıb.
Mərkəzi Bank ayın ilk günlərində dollar alışının kəskin artmasını manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən xəbərlərlə əlaqələndirib. Bu xəbərlərlə əlaqədar əhalidə formalaşan gözlənti nağd valyuta bazarında dollar alışını artıtrdı.
Vasif