\"Azərbaycanda doğulan uşaqların sayı 1950-ci illərin göstəricisinə düşüb\" - Ailələrə müavinət verilməsi təklif edilir

\
"Putin hər üçüncü uşağa görə 14 min dollarlıq müavinət verməyi təklif etdi.  Biz hər ikinci uşağa görə 12,7 min dollar təklif edəndə düşük lətifələr təklifimizi kölgədə qoymuşdu: "Bəy, əkiz doğulsalar, onda uşağın hansına pul düşməlidir?"”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, REAL-ın da baxışı, Putinin də təklifi, "dolanışıq" təminatı deyil, demoqrafik problemə görədir:

"Bu il Azərbaycanda çox az uşaq doğulub. Say 1950-ci illərin göstəricisinə düşüb. Ölüm sayı isə iki ildir rekordlar qırır.  Ötən ilin 8 ayında normadan artıq 11 faiz adam ölmüşdüsə, bu il 27 faiz.  REAL-ın "uşaq pulu" təşəbbüsü məhz bu demoqrafik problemin çözümünə yönəlmişdi”.

Partiya sədri bildirib ki, Putinlə REAL-ın təşəbbüsündə fərqlər də var:

"Rusiya rəhbərliyi müavinəti birdəfəlik verməyi də mümkün sayır. Məsələn, ailə Uzaq Şərq əyalətlərində bu puldan da istifadə edərək ev alıb yaşamaq istəsə. Bizdə demoqrafik problemin ərazi tərəfi o qədər də kəskin deyil deyə, buna ehtiyac duymadıq, müavinəti aylıq təsəvvür edirdik. Amma bu istiqamətdə də düşünmək olar”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR