Azərbaycanda dərslər iyulun 1-də yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda dərslər iyulun 1-də yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayında azalma dinamikası davam edir. Sağalanların sayı isə yoluxanlardan 3 dəfə çoxdur. Bundan əlavə yaxın günlərdə Azərbaycanda koronavirus əleyhinə vaksinnasiyanın başlaması gözlənilir. Vaksinnasiyadan sonra bu virusa yoluxanların sayının minimuma düşməsi gözlənilir. Belə olan halda dərslərin martın ikinci yarısında ənənəvi qaydada bərpası gözlənilir. Bu gün səsləndirilən iddialardan bir dərslərin martda başlayıb, iyulun 1-də yekunlaşmasıdır. Bu il tədris ili iyulun 1-i yekunlaşa bilərmi?

Sfera.az  xəbər verir ki, bununla bağlı danışan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov  tədris ilinin iyulun 1-də bitəcəyi ilə bağlı səsləndirilən fikirlərin əsasız olduğunu vurğulayıb:

"Sosial şəbəkələrdə gün ərzində çoxlu bu cür xəbərlər çıxır. Təhsil Nazirliyi hər hansı qərar qəbul edəndə ilk olaraq özü bu barədə ictimaiyyətə məlumat verir. Bu gün tədris ilinin iyulun 1-də bitməsi ilə bağlı heç bir rəsmi qərar yoxdur".
 
(sonxeber)

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...