Azərbaycanda dəmir yolu ilə sərnişin və yük daşımaları artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin və yük daşımaları artıb
 

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6 milyon ton yük, 1 359,8 min sərnişin daşınıb.

Sfera.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,9% və 6,8% çoxdur. 

 

5 ay ərzində sutkada orta hesabla 314 vaqon yüklənilib, 370 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.


OXŞAR XƏBƏRLƏR