Azərbaycanda DƏHŞƏTLİ YANĞIN başladı
15:10 / 10.09.2020
1927
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.