Azərbaycanda dəhşətli cinayət – Arvadını yatdığı yerdə öldürdü
20:20 / 22.01.2021
4853
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Qədirağa Mirzəyev həyat yoldaşı Yəmən Mirzəyevanı yatdığı yerdə armaturla qətlə yetirib.
Q.Mirzəyevin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)